Layihələndirmə fənni üzrə yüksək nəticə göstərən tələbələrə təşəkkürnamələr təqdim olunub


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühit dizaynı kafedrasının təşkilatçılığı ilə gənc memarların mükafatlandırılma mərasimi keçirilib. 

Mükafatlandırılma mərasimində Mühit dizaynı kafedrasının müdiri Yeganə Hacıyeva, İtaliya-Azərbaycan Dizayn Mərkəzinin rəhbəri Fərid Kərimov, kafedranın müəllimləri Nərgiz Ağayeva, Kəmalə Yusifova, Aytən  Şərifova, Təranə  Əbdülrəhimova, eləcə də tələbələr iştirak ediblər. 

Memarliq fakültəsinin "Layihələndirmə-1" fənni üzrə eksperimental layihələndirmə, "Layihələndirmə-3" fənni üzrə istehsal və sənaye mühitinin layihələndirilməsi işlərinində fərqlənən 161a2, 160a1 və 160a2 qruplarının tələbələrinə yüksək nəticələrə görə kafedra tərəfindən təşəkkürnamələr təqdim olunub.

Təşəkkürnamələrin təqdim olunmasında məqsəd tələbələrin potensialını üzə çıxartmaq və gələcək fəaliyyətlərinə dəstək olmaqdır. 

Qeyd edək ki, kafedra tərəfindən “Layihələndirmə-1”, “Layihələndirmə-3” fənləri üzrə kurs layihəsi çərçivəsində tələbələrin sənaye və istehsal zonalarına ekskursiyaları təşkil olunub. Əyani tanışlığın nəticəsində onlar gələcək layihə işlərində müşahidə etdikləri nüansları əks etdirməyə çalışıblar.

Tələbələr müəllimlərinin köməyi ilə universitet nəzdində istehsal mühitinin peşəkar səviyyədə layihə təklifini həyata keçirib, dünya təcrübəsinə bəlli olan və real həyatda tətbiq edilən, müasir formayaratma prinsiplərinə istinadən uğurlu layihə işləri ərsəy gətiriblər. Layihələndirilmə işlərinin çoxu təbiətlə vəhdətdə öz əksini tapıb və daha mütərəqqi metodlarla hazırlanıb.

23-06-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]