Azərbaycan Memarlıq və İnşaat Universiteti “Times Higher Education Impact Rankings 2023” reytinq sisteminə daxil olub
"The Times Higher Education" nəşri dünyanın ən nüfuzlu universitetlərinin növbəti reytinq cədvəlini (Impact Rankings- 2023) tərtib edib. “Impact Rankings” Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq universitetlərin qiymətləndirildiyi yeganə qlobal effektivlik cədvəlidir.
Dünya universitetlərinin fəaliyyətini Birləşmiş Millətlər Təşkilatının 17 Dayanıqlı İnkişaf Məqsədləri (SDG) üzrə ölçən bu reytinqdə Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) dünya universitetləri arasında 1001+ yerdə qərarlaşıb.
Qeyd edək ki, reytinq sisteminə 1591 universitet daxil edilmişdir və Azərbaycan ali təhsil müəssisələrindən 7 universitet siyahıda qərarlaşıb. Siyahıya Avstraliyanın Qərbi Sidney Universiteti rəhbərlik edir.
“Times Higher Education Impact Rankings 2023” reytinq nəticələri ilə aşağıdakı keçiddən tanış olmaq olar:
https://www.timeshighereducation.com/impactrankings#!/length/25/sort_by/rank/sort_order/asc/cols/undefined