AzMİU-da “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemlərində innovativ texnologiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ulu öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar “Su təsərrüfatı və mühəndis kommunikasiya sistemlərində innovativ texnologiyalar” mövzusunda onlayn beynəlxalq elmi konfrans keçirilib.
Konfransı açıq elan edən AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova qonaqları salamlayıb, mövzunun aktuallığına diqqət çəkib. Rektor çıxışında ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığı barədə danışıb, onun Azərbaycan elminə verdiyi töhfədən söhbət açıb. Azərbaycan tarixinin önəmli bir mərhələsinin məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Professor Gülçöhrə Məmmədova deyib: “Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan ən yüksək inkişaf mərhələsi yaşayıb. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyulub və ciddi islahatlar aparılıb. Azərbaycan beynəlxalq aləmdə uğurlu şəkildə tanınıb. Bu gün dahi liderin siyasi kursunu cənab Prezident İlham Əliyev inam və sədaqətlə davam etdirir. Azərbaycan xalqı olaraq torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq. Həmin azad olunmuş ərazilərin bərpasında yeni, müasir texnologiyaların, layihələrin tətbiq olunması nəzərdə tutulur və bu baxımdan konfransın mövzusunun əhəmiyyəti olduqca böyükdür”.
Daha sonra konfrans iştirakçılarının təbrikləri səsləndirilib və plenar iclasın məruzələri üzrə konfrans öz işini davam etdirib.
Türkiyənin Gazi Universitetinin professoru Müslüm Cengiz Taplamacioğlu “Türkiyə və Azərbaycanda yenilənə bilən enerji inteqrasiyası problemlərinin dəyərləndirilməsi və təkliflər” adlı mövzu ilə çıxış edib.
Ardınca “Azərdövlətsulayihə” İnstitutunun Hidrotexniki qurğular şöbəsinin müdiri Arzu Bağırovun “Qarabağda su təsərrüfatı və meliorasiya obyektlərinin bərpa olunmasında innovativ texnologiyaların tətbiqi” mövzusunda məruzəsi dinlənilib.
Konfrans bölmə iclasları üzrə davam davam edib.
Konfransda çap edilmiş elmi məqalələr toplusu