Debatçılarımız İslam Əməkdaşlıq Təşkilatı Gənclər Debat Forumu üzrə keçirilən turnirin qalibi olublar
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Debat klubunun komandaları İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Debat Forumu üzrə “Cəmiyyətdə multikultural dəyərlərin olması islamafobiyanın qarşısını alan əsas faktordur” mövzusunda keçirilən turnirdə iştirak ediblər. Klubun “Heç Bir Ehtimal Yoxdur” komandası turnirin qalibi, “Narahat olma” komandası isə finalçısı olub.
Qalib “Heç Bir Ehtimal Yoxdur” komandasında AzMİU tələbələri Kənan Yaqubov, Vüqar Məmmədov, Nofəl Məmmədli, finalçı “Narahat olma” komandasında isə Xəyal Hüseynli, Cahangir Yusifov, Məhəmməd Mehdiyev təmsil olunublar.
Qeyd edək ki, turnirdə Azərbaycan bölməsi üzrə 16, İngilis bölməsi üzrə isə 6 komanda olmaqla ümumilikdə 22 komanda mübarizə aparıb.
09-06-2023