Yaz semestrinin imtahan sessiyasında 8000-dən çox tələbə iştirak edir – FOTOREPORTAJ
İyunun 1-dən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yaz semestrinin imtahan sessiyasına start verilib. İmtahan sessiyası iyulun 5-dək davam edəcək.
İmtahanlarda ümumilikdə 8000-dən çox tələbə iştirak edir. Təsdiq olunmuş imtahan cədvəlinə uyğun olaraq tələbələr yazılı, test üsulları, qabiliyyət tələb edən fənlər üzrə isə ənənəvi qaydada fakültələrdə imtahan verirlər.
Bütün imtahanlar mərkəzləşdirilmiş qaydada keçirilir.
İmtahanların nəticəsindən yarana biləcək narazılıqların, neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb. Bundan əlavə, imtahan sessiyası dövründə birbaşa rektorun sədrliyi ilə yaradılmış Münaqişə (Apellyasiya) Komissiyası da fəaliyyət göstərir. Burada imtahanların nəticələri barədə müraciətlərə baxılır və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılır.
İmtahan sessiyasından fotoreportajı təqdim edirik: