AzMİU-da bərk cisimlər fizikası üzrə elmi məsələlər müzakirə olunub


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Fizika və kimya kafedrasında növbəti elmi seminar keçirilib. Məruzəçi  kafedranın dissertantı Aynurə Bayramova bərk cisimlər fizikası sahəsi üzrə elmi yeniliklərdən, praktik tətbiq sahələrindən və bu sahə üzrə əldə etdiyi müsbət nəticələrdən danışıb. 

Təqdiqatçının məruzəsinin yekununda müzakirələr aparılıb, suallar cavablandırılıb.

Qeyd edək ki, seminarda kafedranın əməkdaşları ilə yanaşı, Bakı Dövlət Universitetinin bir neçə professoru da iştirak edib.
 

01-06-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]