Tələbələrimiz Qobu qəsəbəsində ekskursiyada olublar


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Nəqliyyat fakültəsinin Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi ixtisası üzrə təhsil alan bir qrup tələbəsi AMEA-nın nəzdində  Respublika Seysmoloji Xidmət Mərkəzinin Qobu qəsəbəsində yerləşən Seysmoloji nəzarət stansiyasında və Bozdağ-Qobu palçıq vulkanında ekskursiyada olublar. 

Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının dosenti Emil Qafarovun rəhbərliyi ilə həyata keçirilən ekskursiyada tələbələr gəzdikləri məkanlar barədə məlumatlandırılıb, ən müasir seysmik avadanlıqlarla tanış olublar
 

01-06-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]