Memarlıq fakültəsi tələbələrinin növbəti sərgisi açılıb- “Baxaq və düşünək”
Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin 172 a qrup tələbələrinin “Baxaq və düşünək” adlı sərgisi açılıb.
Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müəllimləri Lalə Əzimova və İlqar Əliyevin tələbələrinin əl işlərinin yer aldığı sərgidə 40-a yaxın rəsm nümayiş olunub.
Çıxış edənlər şəhərsalma ixtisasında təhsil alan tələbələrin sərgisini yüksək qiymətləndirib. Onların böyük həvəslə hazırlaşdığı sərginin davamlı olmasını arzulayıblar.
Çıxışlardan sonra sərgiyə baxış keçirilib. Tələbələr öz əl işlərini sərgi iştirakçılarına təqdim ediblər. Gestalt prinsipi üzərində hazırlanan hər bir rəsm sənətsevərlər tərəfindən maraqla qarşılanıb.
24-05-2023