AzMİU-nun güləş məşqçisi 15-ci Paul Klein Fəxri Kuboku ilə təltif olunub
Ramin Allahverdiyev Almaniyanın Lüdviqshafen şəhərində keçirilən 15-ci Paul Klein Xatirə Turnirində yarışın təşkilatçıları tərəfindən fəxri kubokla təltif edilib.
Lüdviqşafen şəhərində 17 yaşadək sərbəst güləşçilər arasında 15-ci dəfə Paul Klein açıq turniri keçirilib. Ölkəmizi bu yarışda Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İdman Klubunun güləş müəllimi, əməkdar məşqçi Ramin Allahverdiyevin rəhbərliyi ilə 2 yeniyetmə güləşçi təmsil edib.
Almaniyanın müxtəlif əyalətlərindən və Belçikadan 200-ə yaxın idmançının qatıldığı turnirdə Saleh Şahverdiyev (65 kq) qızıl, Riad İsmayılov (80 kq) bürünc medal qazanıb.
AzMİU-nun məşqçi-müəllimi Ramin Allahverdiyev də yarışın təşkilatçıları tərəfindən təltif edilib. Ona 15-ci Paul Klein Fəxri Kuboku təqdim olunub.