AzMİU-ya MBA proqramı ilə magistratura səviyyəsinə tələbə qəbulu proqnozu açıqlanıb
2023/2024-cü tədris ili üçün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) magistratura səviyyəsinə tələbə qəbulu proqnozu yerlərinin layihəsi açıqlanıb. Layihəyə əsasən, magistratura səviyyəsinə 800 tələbə qəbulu yeri planlaşdırılıb.
Proqnozlaşdırılan yerlərdən 335-inə “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə MBA proqramı ilə qəbul elan ediləcək. Həmin ixtisasa 11 istiqamətdə qəbul nəzərdə tutulub:
- Biznesin təşkili və idarə edilməsi (menecment üzrə);
- Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə);
- Biznesin təşkili və idarə edilməsi (tikintinin idarə edilməsi üzrə);
- Biznesin təşkili və idarə edilməsi (daşınmaz əmlakın idarə edilməsi üzrə);
- Biznesin təşkili və idarə edilməsi (nəqliyyatın idarə olunması üzrə);
- Biznesin təşkili və idarə edilməsi (tikinti sahəsində investisiyaların idarə edilməsi üzrə);
- Biznesin təşkili və idarə edilməsi (logistika və təchizat zəncirinin idarə edilməsi);
- Biznesin təşkili və idarə edilməsi (ətraf mühitin idarə edilməsi üzrə);
- Biznesin təşkili və idarə edilməsi (layihələrin idarə ediməsi üzrə);
- Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə);
- Biznesin təşkili və idarə edilməsi (əqli mülkiyyətin idarə edilməsi üzrə).
Qəbul elan ediləcək ixtisaslarda tədris dili Azərbaycan, Rus və İngilis olmaqla 3 dildə olacaq. Belə ki, 310 Azərbaycan, 10 Rus, 15 qəbul yerində isə İngilis dilində tədris planlaşdırılıb.