AzMİU-nun gənc dizaynerləri xalça istehsalı prosesini izləyiblər


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dizayn ixtisası üzrə təhsil alan bir qrup tələbəsi "Azərxalça" ASC-nin Abşeron rayon filialının xalça istehsalı fabrikində ekskursiyada olublar.

Ekskursiya AzMİU-nun Mühit dizaynı kafedrasının təşkilatçılığı ilə təşkil olunub. 

Ekskursiya zamanı tələbələr xalça və xalça məmulatlarının istehsalında müasir  texnologiyaların iş prinsipi ilə tanış olub, əyani olaraq xalça toxunuşu prosesini izləyiblər. Fabrikin əməkdaşları ilə ünsiyyətdə olan gənc dizaynerlər incə ornamentləri, zərif və nəfis naxışları ilə diqqəti cəlb edən bu xalçalar haqqında məlumatlanıblar.

Məlumat üçün bildirək ki, ekskursiya kafedranın müəllimləri – dosent Nərgiz Ağayeva və  Təranə Əbdülrəhimovanın rəhbərliyi ilə "Layihələndirmə-3" fənni üzrə "İstehsal mühitinin dizayn layihələndirməsi" kurs layihəsi çərçivəsində həyata keçirilib.
 

19-05-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]