"Startaplarda satış strategiyası" - Tələbələr üçün seminar keçirilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnnovativ Biznes İnkubator (İBİ) və Yeni Klubun təşkilatçılığı ilə "Startaplarda satış strategiyası" mövzusunda seminar keçirilib. Görüşdə Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə, İBİ-nin rəhbəri Nəsibə Əmirbəyova, Yeni Klubun rəhbəri Nesin Hüseynova və universitetin müxtəlif kurs tələbələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan N.Əmirbəyova tələbələrə keçiriləcək seminarın mahiyyəti barədə məlumat verib.
TOT (Təlimçilər üçün Təlim) layihəsinin moderator, təlimçi, həmçinin “Soliton Group”un 86 filialının satış rəhbəri olan Natiq Rəcəbov iştirak tələbələrə satış, əmək bazarı və startaplarda satışın əhəmiyyəti haqqında məlumatlar verib.
Daha sonra vörkşop keçirilib və tələbələr komanda şəklində bölünərək, startap ideyası və biznes plan qurublar.
Seminarın sonunda tələbələrin sualları cavablandırılıb.