AzMİU ilə AIESEC Azərbaycan təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə AIESEC Azərbaycan təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov və AIESEC Azərbaycan təşkilatının rəhbəri Rəsul Göyüşov imzalayıblar.
Memorandumda universitetlə təşkilat arasında əməkdaşlığın dərinləşdirilməsi, tələbələrin təşkilatın innovativ layihələrinə cəlb edilməsi, startapların stimullaşdırılması işlərinin aparılması üçün əlaqələrin gücləndirilməsi, onların liderlik və peşə bacarıqlarını inkişaf etdirmək, iş imkanlarını artırmaq üçün staj və iş proqramları yaratmaq, eləcə də innovativ düşüncə və layihələrini dəstəkləmək və digər istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub.
Görüş zamanı AIESEC-in mübadilə proqramları olan “Qlobal Könüllü”, “ Qlobal Müəllim” və “Qlobal İstedad” layihələri ətrafında da müzakirələr aparılıb.