Təhsildə Süni İntellekt – AzMİU-da bir sıra sahə üzrə yeni metodlar tətbiq oluna bilər
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) informasiya kommunikasiya texnologiyaları mərkəzinin direktoru Sərxan Talıbzadə “Təhsildə Süni İntellekt” adlı təqdimat keçirilib.
Təqdimatda AzMİU-nun rektoru, prorektorlar, dekanlar, kafedra müdirləri və tədris-köməkçi heyətin bir qrup üzvü iştirak ediblər.
Sərxan Talıbzadə təqdimatında Süni İntellektlə bağlı nəzəri və praktik tendensiyaları diqqətə çatdırıb. Təqdimatda Süni İntellektin imkanlarından istifadə edərək universitetin bir sıra sahəsi üzrə səmərəliləşdirmə yolları təklif edilib. Qeyd olunub ki, idarəetmə, qərar qəbuletmə, planlaşdırma, plagiyatlığa qarşı mübarizə və bu kimi digər sahələr üzrə iş prosesinin effektivliyini əhəmiyyətli dərəcədə artırmaq mümkündür.
Təqdimatdan sonra Sərxan Talıbzadə tərəfindən suallar cavablandırılıb və toxunulan məsələlərlə bağlı lokal müzakirələr təşkil olunub. Qeyd olunub ki, universitetdə Süni İntellektin imkanlarından effektiv yararlanmaq məqsədilə Süni İntellekt laboratoriyasının yaradılması və bu istiqamətdə tədqiqatların genişləndirilməsi vacibdir.