Dizayn ixtisası üzrə təhsil alan tələbələrin "Azərxalça"ya ekskursiyası təşkil olunub
Mühit dizaynı kafedrasının təşkilatçılığı ilə Memarlıq fakültəsinin bir qrup tələbəsi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində fəaliyyət göstən "Azərxalça" ASC-nin xalça istehsalı fabrikinin "Şou-room"unda ekskursiyada olublar.
Ekskursiya kafedranın müəllimləri – dosent Nərgiz Ağayeva və Təranə Əbdülrəhimovanın rəhbərliyi ilə "Layihələndirmə-3" fənni üzrə "İstehsal mühitinin dizayn layihələndirməsi" kurs layihəsi çərçivəsində həyata keçirilib.
Xalça istehsalı fabrikinin "Şou-room"unu gəzən tələbələr özünəməxsus mühiti olan məkanla və xalçaların toxunma prosesi ilə yaxından tanış olublar.
Məlumat üçün qeyd edək ki, kafedra tərəfindən sənaye və istehsal zonalarına təşkil olunan ekskursiyalarda tələbələr əyani olaraq məlumatlanır, həmçinin bu yolla onların yaradıcı fantaziyaları inkişaf etdirilir.