Əcnəbi tələbələr Ulu Öndərin həyat və fəaliyyəti barədə məlumatlandırılıb
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar olaraq Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) silsilə tədbirlər davam edir. AzMİU-nun Əcnəbi vətəndaşların hazırlığı fakültəsində “Azərbaycan dili və nitqin elmi üslubu” fənnindən dərslər müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevə həsr olunub.
Əcnəbi vətəndaşların təhsil aldığı qruplarda böyük dövlət xadimi Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurucusu kimi müstəsna tarixi roluna nəzər salınıb, ölkəmiz qarşısında xidmətləri diqqətinə çatdırılıb. Onun həyat və fəaliyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.
Dərslərdən sonra fakültə rəhbərliyi və əcnəbi vətəndaşlar Ulu Öndərin universitetdəki büstü önünə gələrək xatirəsini dərin ehtiramla yad ediblər.