“Heydər Əliyev imzası” – AzMİU tələbələri ədəbi-bədii kompozisiya təqdim ediblər
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su təsərüfatı və Mühəndis Kommunikasiya sistemləri (ST və MKS) fakültəsinin Tələbə Həmkarlar İttifaqının təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin 100 illiyi ilə bağlı “Heydər Əliyevin imzası” adlı tədbir keçirilib.
Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Bayram Aslanov tədbiri giriş sözü ilə açaraq Ümumilli Liderin həyat və fəaliyyətindən, dahi şəxsiyyətin gənclərin inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb.
Çıxışdan sonra ulu öndər Heydər Əliyevlə bağlı videoçarx nümayiş etdirilib.
Daha sonra fakültənin tələbəsi Zeynəb Ağamətova “Torpağın səsi” adlı mahnı ifa edib.
Ardınca əcnəbi tələbələrdən III kurs tələbəsi Mehmet Akif Ərən və IV kurs tələbəsi Akif Başoğlu ulu öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının əbədi və daimi olduğunu təcəssüm etdirən siyasəti ilə bağlı çıxış ediblər. Əcnəbi tələbələr, həmçinin “Bir ölürüz, bin diriliriz..” adlı videoçarx da təqdim ediblər.
Tədbirin gedişində tələbələrin 44 günlük Vətən müharibəsi ilə bağlı səhnəcik nümayiş etdirilib.
Sonda tələbələrin vətənpərvərlik mövzusunda mahnılar ifa edib, şeirlər səsləndiriblər.