“Müstəqil Azərbaycanın memarı – Heydər Əliyev 100” müsabiqə-sərginin qalibləri müəyyənləşib


Görkəmli dövlət xadimi, dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilmiş “Müstəqil Azərbaycanın memarı – Heydər Əliyev 100” adlı tələbələrin rəsm və əl işlərindən ibarət müsabiqə-sərginin açılışı olub.  

Sərgi universitetin Azad Həmkarlar İttifaqı Komitəsi və Tarix Muzeyinin birgə təşkilatçılığı ilə gerçəkləşib. 

Sərginin keçirilməsində məqsəd tələbələrin ulu öndər Heydər Əliyevə  böyük sevgisinin nümayişi, dahi şəxsiyyətin həyat və  onun fəaliyyətin ana xətti olan milli məfkurə, dövlətçilik və Azərbaycançılıq ideyasının gənclər arasında təbliğidir. 

Sərginin rəmzi açılışını bildirən  qırmızı lent kəsildikdən sonra sənətsevərlər əl işləri və rəsmlərlə tanış olublar. 

Sərgidə universitetin Memarlıq fakültəsi və İnşaat Kollecindən olan tələbələrin ümumilikdə 80-dən çox rəsm və əl işi nümayiş olunub. Tələbələr qrafika, portret,natürmort, peyzaj və s.  janrlarda kətan üzərində yağlı boya və karandaşla çəkdikləri, nimçə üzərində yaratdıqları əl işlərini sərgi iştirakçılarına təqdim ediblər.   

Sonda müsabiqə-sərgidə münsiflər tərəfindən seçilmiş 3 ən yaxşı işin  müəllifləri xüsusi diplom və hədiyyələrlə mükafatlandırılıb. 
İnşaat Kollecinin 3 müəlliminə, eləcə də digər iştirakçılara təşəkkürnamələr təqdim olunub.

05-05-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]