AzMİU-da abituriyentlərlə görüşlər davam edir
Azərbaycan Memarlıq və İnşaat Universitetind’ (AzMIU) hər il keçirilən açıq qapı gününə bu dəfə Kainat Tədris Mərkəzinin abituriyentləri dəvət olunub.
Açıq qapı günündə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, Qəbul komissiyasının məsul şəxsi Surxay Əliyev, Qəbul komissiyasının əməkdaşı Rəna Cəbrayılova, fakültə dekanları, ictimai təşkilatların rəhbərləri və üzvləri iştirak ediblər.
Abituriyentlərə AzMİU-nu yaxından tanıtmaq məqsədi daşıyan görüşdə universitetin fakültələri, ixtisaslar, ikili diplom və mübadilə proqramları, tələbə həyatı, kitabxana və kompüter zalları barədə geniş məlumat verilib, videoçarx nümayiş olunub, abituriyentlərin sualları cavablandırılıb.
Daha sonra abituriyentlər universitet şəhərciyi ilə yaxından tanış olublar.