"Tullantıdan Sənətə" – Tələbələr qeyri-adi ekspozisiyalarla tanış olublar


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İtalya-Azərbaycan Dizayn Mərkəzi tərəfindən silsilə ekotur layihəsi davam edir. Növbəti ekotur Qala qəsəbəsinə təşkil edilib.

Universitetin Memarlıq fakültəsinin tələbələri Qala qəsəbəsində yerləşən "Tullantıdan Sənətə" muzeyinə ekskursiya ediblər. Tələbələr muzeydəki qeyri-adi ekspozisiyalarla tanış olublar və onlara əsərlər haqqında geniş məlumat verilib.  

Məlumat üçün bildirək ki, “Tullantıdan Sənətə” muzeyi 2015-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC tərəfindən yaradılıb. Burada nümayiş edilən əsərlərin hamısı insanların lazımsız hesab etdiyi tullantı materiallarından hazırlanıb. Muzeydə 30 ölkədən 80-dək incəsənət adamının sənət əsərləri nümayiş olunur. 

Tələbələr muzeyin qeyri-adi ekspozisiyası ilə tanış olduqdan sonra “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunu və Qala qəsrini də ziyarət ediblər.

01-05-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]