AzMİU-nun prorektoru Həştərxan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirdə iştirak edib
Rusiyanın N.Tatişev adına Həştərxan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib. Dəyirmi masada Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndələri - Beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva, Tələbə Elmi Cəmiyyətin sədri Günel İmamquliyeva və Tələbə Elmi Cəmiyyətinin üzvü Aygül Şəfaqətova da iştirak ediblər.
Onlayn formada tədbirə qatılan prorektor Nərgiz Abdullayeva ulu öndər Heydər Əliyevin həyatı, ictimai-siyasi fəaliyyəti haqqında geniş məlumat verib.
Tələbə Elmi Cəmiyyətinin (TEC) üzvü Aygül Şəfaqətova "Heydər Əliyevin dost ölkələrin sosial-mədəni adaptasiyasına töhfəsi" mövzusunda çıxış edib.
Dəyirmi masada çıxış edənlər Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda sosial, iqtisadi və humanitar sahələrdə əldə edilən nailiyyətlərə toxunub, Ümummilli Liderin Azərbaycan-Rusiya münasibətlərinin inkişafında rolu barədə fikirlərini bölüşüblər.