Tələbələr “Code Academy”nin təqaüd proqramı barədə məlumatlandırılıb
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsinin memarlıq və dizayn ixtisasında təhsil alan tələbələr üçün "Karyeranı yüksəlt – GAME ART&DESIGN tədrisi" barəsində məlumat sessiyası keçirilib.
Sessiyada informasiya texnologiyalarının tədrisi sahəsində ölkəmizdə fərqlənən “Code Academy” “Game Art & Design” təqaüd proqramı haqqında ümumi məlumat verilib.
Görüş AzMİU-nun Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə keçirilib. Şöbənin müdiri Qənirə Məmmədzadə hər kəsi salamlayıb, AzMİU-nun “Code Academy” ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. “Code Academy” nin “Game Design & Development” Education Coordinator , Game Art Master Trainer Azerin Vuranok çıxış edərək təmsil etdiyi şirkət barədə ətraflı məlumat verib. O, müəssisə tərəfindən təlimlərə start verdiyini qeyd edib və proqram haqqında danışıb. Azerin Vuranok oyun dünyasının sirlərini öyrənmək, hazırladığı oyunlarla həm ölkədaxili, həm də ölkəxaricində fərq yaratmaq istəyən, əldə edəcəyi bilik və təcrübəsini daha sonra tədris etməkdə maraqlı olan gəncləri bu proqramda aktiv iştiraka səsləyib.
“GAME ART&DESIGN” tədris koordinatoru Elvin Kazımlı Oyun nədir? Game Art & Design nədir? Oyun yaradılması prosesindəki hansı rolu oynayır? mövzusunda çıxış edib.
Daha sonra “Code Academy”nin Game Artist, Game Art Instructor Leyla Talıbzadə və Game Artist, Game Art Assistant Instructor Farid Dünyamalıyevin təqdimatları dinlənilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.
Ölkədə ilk dəfə keçiriləcək intensiv tədris proqramına əsaslanan bu layihə çərçivəsində iştirakçılar https://game.code.edu.az/ səhifəsində qeyd olunan şərtlər əsasında seçiləcək və tədrisi uğurla bitirdikdən sonra “Code Academy” və onun təsis etdiyi “Game studiyada”, həmçinin akademiyanın qlobal tərəfdaşlarında iş imkanı əldə edə biləcəklər.
Qeyd edək ki, 2015-ci ildə fəaliyyətə başlayan “Code Academy” yüksək texnologiyalar sahəsində təcrübəli mütəxəssislər hazırlayan tədris müəssisəsidir.