Prorektor: “Gənclərin milli və səriştəli kadr kimi yetişmələri üçün Heydər Əliyev irsini dərindən öyrənmələri vacibdir”
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bir qrup tələbəsi universitetin Heydər Əliyev Muzeyini ziyarət edib.
AzMİU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev çıxış edərək bildiribdir ki, Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycanda Heydər Əliyev İli elan edilib. Prorektor Ulu Öndərin titanik fəaliyyəti, uzaqgörən siyasəti, dərin düşüncəli idarəetmə bacarığı və xalqına olan sonsuz məhəbbətindən danışıb.
Orxan Naqdiyev qeyd edib ki, Heydər Əliyev irsi, onun dövlət quruculuğundakı xidmətləri, siyasi bacarığı böyük bir məktəbdi və milli, səriştəli kadr kimi yetişmələri üçün gənclərin bu irsi dərindən öyrənməsi vacibdir.
Daha sonra tələbələr muzeydə Ulu Öndərlə bağlı foto və digər materiallarla tanış olublar.
Qeyd edək ki, AzMİU-nun Heydər Əliyev Muzeyində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto və videolarla yanaşı, onun universitetlə bağlı qərarları, universitetə səfəri, eləcə də ölkəmizin memarlığı, inşaat sektorunun inkişafı ilə əlaqədar xidmətlərini nümayiş etdirən müxtəlif materiallar yer alır.