Novruz mühazirələri – “Qarabağ məscidlərinin memarlıq xüsusiyyətləri” - 17.03.2023
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ənənəvi Novruz mühazirələri davam edir.
2023-cü ilin budəfəki Novruz mühazirəsində AzMİU-nun Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova “Qarabağ məscidlərinin memarlıq xüsusiyyətləri” mövzusunda mühazirə deyib.
Zahidə Məmmədova mühazirəsində Qarabağ ərazisində olan məscidlər, onların memarlığı və tarixi haqqında ətraflı məlumat verib.
Qeyd edək ki, bu 2023-cü ildə AzMİU-da təşkil olunan sayca 3-cü Novruz mühazirəsidir.
17-03-2023