Novruz mühazirələri - “Qarabağda inşaat materialları sənayesinin inkişaf perspektivləri” - 17.03.2023


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ənənəvi Novruz mühazirələri davam edir.   

Növbəti Novruz mühazirəsində AzMİU-nun Materialşünaslıq kafedrasının müdiri professor İradə Şirinzadə “Qarabağda inşaat materialları sənayesinin inkişaf perspektivləri” mövzusunda mühazirə deyib. 

İradə Şirinzadə mühazirəsində Qarabağ aparılan tikinti, quruculuq işlərinə diqqət çəkərək qeyd edib ki, sözügedən coğrafi ərazidə inşaat materialları sənayesinin inkişaf etdirilməsi üçün böyük perspektivlər mövcuddur. Alim çıxışında fikrini elmi-praktik mülahizələrlə əsaslandırıb.

Qeyd edək ki, bu, 2023-cü ildə AzMİU-da təşkil olunan sayca 4-cü Novruz mühazirəsidir.
 

17-03-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]