Ənənəvi Novruz mühazirələrinə start verilib


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ənənəvi Novruz mühazirələrinə start verilib. 

2023-cü ilin ilk Novruz mühazirəsində AzMİU-nun tələbə həmkarlar ittifaqı komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının idarə heyətinin üzvü Bayram Aslanov və AzMİU-nun rektorunun müşaviri professor Azər Qasımzadənin mühazirələri dinlənilib.

Əvvəlcə AzMİU-nun prorektoru Orxan Naqdiyev çıxış edərək Novruz mühazirələrinin əhəmiyyətindən, tələbələr üçün faydasından danışıb. O, qeyd edib ki, artıq ənənəyə çevrilən Novruz mühazirələri mütəxəssislərlə gənclərin görüşü, fikir mübadiləsi üçün əlverişli platformadır və bu platforma bundan sonra da davam etdiriləcək. 

Bayram Aslanov “Gənclər siyasətində milli-mənəvi dəyərlərimizin əhəmiyyəti” adlı mühazirəsində ölkəmizin gənclər siyasəti, bu siyasətdə milli-mənəvi dəyərlərin yerindən və gənclərin potensialından danışıb. 

Professor Azər Qasımzadə “Zəlzələ mühəndislərin gözü ilə” adlı mühazirəsində Türkiyədə minlərlə insanın həlak olması ilə nəticələnən zəlzələyə diqqət çəkərək bu təbiət hadisəsi ilə bağlı elmi-ictimai məlumatları verib. Məruzəçi çıxışında zəlzələ zamanı insan tələfatının qarşısının alınmasında mühəndis işinin rolundan danışıb.
 

10-03-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]