Novruz bayramı ilə əlaqədar bütün əməkdaşlara pul mükafatı veriləcək
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Novruz bayramı münasibəti ilə bütün işçilərə pul mükafatı veriləcək.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu barədə əmr imzalayıb. Əmrə əsasən, universitetin əməkdaşlarına əməkhaqlarının 20 faizi dəyərində pul mükafatı veriləcək.
Qeyd edək ki, AzMİU-da işçilərin sosial vəziyyətini daha da yaxşılaşdırmaq üçün hər il bayramlarda və xüsusi günlərdə pul mükafatı verilir.
15-03-2023