Şəhərsalma ixtisası üzrə kadr hazırlığı: üstünlüklər və çatışmazlıqlar – İNŞAATÇI KADRLAR proqramının ikinci buraxılışında
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) daxili internet televiziyası (Youtube kanalı) AzMİU TV üzərindən yayımlanan İNŞAATÇI KADRLAR proqramının ikinci buraxılışı hazırlanıb.
Proqramda ölkəmizin şəhərsalma üzrə aparıcı mütəxəssislərindən biri, AzMİU-nun Mühit dizaynı kafedrasının müdiri professor Yeganə Hacıyeva “Şəhərsalma məsələləri və AzMİU-da bu istiqamətdə kadr hazırlığı” mövzusu ətrafında universitetin PR və Media bölməsinin rəhbəri Nicat Abdullayevin suallarını cavablandırıb.
Proqramı LİNKƏ daxil olaraq izləyə bilərsiniz.
10-03-2023