Ankara Universitetinin rektoru AzMİU-da olub

Türkiyənin Ankara Universitetinin rektoru professor Necdet Ünüvar Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova qonaqla görüşüb. Görüşdə ölkələrimiz arasındakı sıx qardaşlıq əlaqələrinə diqqət çəkilərək beynəlxalq təhsil layihələri çərçivəsində, Türk Dövlətləri Birliyi konteksində və  birbaşa əməkdaşlıq məsələləri müzakirə olunub.

Görüşdə  Ankara Universitetinin Sosial elmlər fakültəsinin dekanı professor Orhan Çelik də iştirak edib. 

10-03-2023