Texnoloji maşın və avadanlıqlar kafedrasında elmi seminar keçirilib


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Texnoloji maşın və avadanlıqlar kafedrasında elmi seminar keçirilib. 

Assistent Nemət Məmmədov “Meliorasiya və su təsərrüfatı sahəsində istifadə edilən maşınların istismarında innovativ texnologiyaların tədqiqi” mövzusunda çıxış edib. Meliorasiya və su təsərrüfatı sahəsində istifadə olunan maşın parklarının mövcud vəziyyətinin araşdırılması, maşınlardan istifadə səmərəliliyinin yüksəldilməsi, tədbirlərinin müəyyən edilməsi və səmərəli istismarının təşkili istiqamətində yerinə yetirilən tədqiqat işi müzakirə olunub.

Seminarda elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanova, kafedranın və Elmi tədqiqat şöbəsinin əməkdaşları iştirak ediblər. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, məruzəçi tərəfindən suallar cavablandırılıb.
 

09-03-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]