AzMİU-nun həvəskar rəssam tələbələri “3D Street Art” təlimində iştirak ediblər

Bakı limanının Liman İncəsənət Mərkəzi, Gənclər və İdman Nazirliyi və Gənclərin İnkişafı İctimai Birliyinin dəstəyi ilə Bakı Dəniz Vağzalında gənc həvəskar rəssamlar üçün “3D Street Art” təlimi təşkil olunub. 

Təlimdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) Gənc rəssamlar dərnəyinin fəal üzvləri təlimdə iştirak ediblər. Tələbələr təlim zamanı barellər üzərində rəsmlər çəkiblər. 

Təlimi uğurla başa vuran gənclər sertifikatla təltif olunublar.

07-03-2023