Bu gün Yel çərşənbəsidir


Bu gün Azərbaycanda Novruzun üçüncü çərşənbəsi olan Yel çərşənbəsi qeyd edilir.

Xalq arasında “Külək oyadan çərşənbə”, “Küləkli çərşənbə”, “Yelli çərşənbə” adı ilə də tanınan Yel çərşənbəsi dörd yaradılış ünsüründən biri olan havanın həyatverici gücü ilə bağlıdır.

Folklara görə, Yel çərşənbəsində əsən külək təzəcə çıxmış otları oyadaraq, Novruzun gəlişi barədə xəbərdar edir, havanı təmizləyir. Bu çərşənbəyədək sanki mürgüləyən külək oyanır, aləmi dolaşaraq suyu, odu hərəkətə gətirir.

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) hər zaman olduğu kimi bu il də Novruzun gəlişi, torpağın və təbiətin oyanışı böyük çoşğu və sevinc hissi ilə qarşılanır. Bayramın gəlişi ilə əlaqədar olaraq universitetin həyətində Novruzun rəmzlərindən olan “Səməni” kompazisiyası yaradılıb, tələbələr tərəfindən müxtəlif bədii proqramlar hazırlanıb.  

Qeyd edək ki, Novruzun ilaxır – Torpaq çərşənbəsi isə martın 14-də qeyd ediləcək. Martın 19-u ölkəmizdə bayram axşamı, martın 20-si isə bayram günü kimi keçiriləcək.

Bayramınız mübarək!

07-03-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]