“Qadın Gülərsə Şu Issız Mühitimiz Güləcək, Sürüklənən Bəşəriyyət Qadınla Yüksələcək!”


Tarix səhifələrində Azərbaycan qadınının qəhrəmanlıq, mərdlik, fədakarlıq sədaqəti yazılmış zəngin mədəniyyət tarixçəsi var. Bu səhifələrdə Azərbaycan qadını milli adətləri, vətənpərvərliyi, əxlaqi keyfiyyətləri, düşüncə tərzi ilə tanınmaqdadır. Sağlam mühitin, sağlam ailənin təminatı olan qadınların cəmiyyətdəki müstəsna əhəmiyyətini dahi Hüseyn Cavid bu misra ilə tərənnüm edib: “Qadın gülərsə, bu ıssız mühitimiz güləcək.. Sürüklənən bəşəriyyət qadınla yüksələcək!”

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Xarici dillər kafedrasının təşkilatçılığı ilə universitetdə 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı ədəbi-bədii tədbir keçirilib. 

Tədbirdə AzMİU tələbələrinin ifasında qadınları, onların cəmiyyətdəki müstəsna rolunu tərənnüm edən şeirlər səsləndirilib, rəqslər edilib, eləcə də tarixi qadın şəxsiyyətləri ilə bağlı səhnəciklər nümayiş etdirilib. 

Bədii hissədən sonra AzMİU-nun prorektorları Nigar Aslanova, Orxan Naqdiyev və universitetin xarici dillər kafedrasının müdiri Aygün Məmmədova çıxış edərək tələbələrə təşəkkürlərini bildiriblər və 8 mart tarixindən, bu tarixin ictimai, siyasi və mədəni əhəmiyyətindən danışıblar. 

Qeyd olunub ki, Şərqdə qadınlara ilk dəfə seçmək və seçilmək hüququ verən Azərbaycanda, eləcə də AzMİU-da qadınlara böyük diqqət və qayğı göstərilib. Birinci vitse-prezidentimiz Mehriban Əliyevanın timsalında qadınların ölkəmizin ictimai-siyasi səhnəsində rolu vurğulanaraq universitetin idarəedilməsində və elmi-texniki inkişafında qadın əməkdaşların fəaliyyətlərinə, aktiv iştiraklarına diqqət çəkilib. 

Sonda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə AzMİU-nun bütün qadın əməkdaşlarına təbrik ünvanlanıb!
 

07-03-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]