AzMİU tələbələrinə icbari tibbi sığorta ilə bağlı məlumat verilib 03.03.2023


 
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbələri üçün “İcbari tibbi sığorta” barədə maarifləndirici tədbir keçirilib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr və marketinq departamentinin baş məsləhətçisi Leyla Lətifova və  həmin departamentin mütəxəssisi Nərgiz Əlimərdanova tələbələrə icbari tibbi sığorta haqları, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri, eləcə də tibbi xidmətlərdən istifadə qaydası barədə ətraflı məlumat verib.

Görüşdə tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
 

03-03-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]