Ali riyaziyyat kafedrasında elmi seminar keçirilib - 03.03.2023


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Ali riyaziyyat kafedrasında elmi seminar keçirilib. Seminarda fizika-riyaziyyat elmləri doktoru, professor Alik Nəcəfovun “Kəsr tərtibli  p-harmonic tipli tənliklərin həlli” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə kəsr tərtibli Sobolev fəzalarının təyin olunması, bu fəzalarda alınmış daxilolma teoremlərinin köməyilə kəsr tərtibli p-harmonic tipli tənliklərin həllərinin varlığı və yeganəliyi məsələlərinin öyrənilməsinə geniş diqqət ayrılıb. 

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, məruzəçi tərəfindən suallar cavablandırılıb.
 

03-03-2023