AzMİU-da 1 mart – Ümumdünya Mülki Müdafiə Günü qeyd olunub - 01.03.2023


Azərbaycan Memarlıq və İnşaat Universitetində 1 Mart – Ümumdünya   Mülki Müdafiə Gününə həsr olunmuş  tədbir keçirilib. 

Əvvəlcə tədbir iştirakçıları Mülki Müdafiə qərargahı, Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının əməkdaşlarının birgə hazırladıqları video çarx izləyiblər.

Universitetin ümumi işlər üzrə prorektoru Aqil Məmmədov çıxış edərək Ümumdünya Mülki Müdafiə Günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib və mülki-müdafiənin əhəmiyyətinə diqqət çəkib. 

Fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi kafedrasının dosenti Emil Qafarov “mülki-müdafiə fənni tədrisinin  məqsədi”, həmin kafedranın dosenti Səyavuş Gözəlov isə ”Fövqəladə hallara psixoloji dayanıqlığın formalaşdırılması“ mövzusunda məruzə ilə çıxış ediblər. 

Tədbirin sonunda Fövqəladə Hallar Nazirliyinin  fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.


 

02-03-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]