Tələbələrimizə “StartUp School” layihəsi təqdim olunub - 02.03.2023

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) operatoru olduğu Enterprise Azerbaijan portalının rəhbəri Mətanət Musayeva Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbələrə “StartUp School” layihəsini təqdim edib.

Mətanət Musayeva universitetin Strateji planlaşdırma şöbəsi və İnnovativ Biznes İnkubatorunun (İBİ) təşkilatçılığı ilə keçirilən görüşdə enterpiseazerbaijan.gov.az portalının fəaliyyəti, gənclərə verdiyi töhfələr barədə məlumat verib. O bildirib ki, “StartUp School” layihəsinin reallaşdırılmasının məqsədi gənclərin ideyalarını reallığa çevirmək və innovasiyaların inkişafı istiqamətində onlara dəstək göstərməkdən ibarətdir. 

Daha sonra layihənin mentoru Habil Əhmədov “Startapların inkişaf istiqamətləri” mövzusunda təlim keçib və layihə meneceri Nəzrin Əkbərova isə “StartUp School” haqqında tələbələrə geniş informasiya çatdırıb. O qeyd edib ki, layihəyə qoşulan tələbələr ABŞ, Türkiyə, İsrail və Polşa olan beynəlxalq mentorların dəstəyi ilə startap ideyalarını inkişaf etdirə biləcəklər. Qalib komanda Nevada Universitetinin Özmen Sahibkarlıq Mərkəzinə getmək şansı əldə edəcəklər. 

Tələbələrlə təşkil olunan görüşdə AzMİU-nun Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə, İBİ-nin rəhbəri Nəsibə Əmirbəyova, şöbənin mütəxəssisləri, universitetin müxtəlif kurs tələbələri iştirak ediblər. 

02-03-2023