AzMİU-nun startapçı tələbəsi KOICA-nın sertifikatını qazanıb - 01.03.2023


İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) birgə keçirdiyi akselerasiya və mentorluq proqramının bağlanış mərasimi keçirilib. Ümumilikdə 200-dən artıq müraciət əsasında formalaşan proqramı 11 startap komandası və 20 mentor  uğurla başa vurub. 

Proqram çərçivəsində startap komandalarının üzvləri və startaplar üçün mentorluq fəaliyyəti göstərən şəxslərə təlimlər keçirilib. 

Proqramın keçirilməsində məqsəd ölkənin startap ekosistemində sağlam innovasiya mühitini formalaşdırmaq və yeni ekosistem oyunçularının bazara daxil olmasına təşviq etməkdir.

Qeyd edək ki, AzMİU-dan proqrama 6 müəllim və 2 startap komandası müraciət etmişdi. Əməkdaşlarımız Nəsibə Əmirbəyova, Günel İmamquliyeva, Tükəzban Həsənova, Fidan Məmmədova və Xanlar Qəniyev proqramın TTT mentorluq proqramı üzrə sertifikatla təmin olunublar. Eləcə də İBİ-nin rezidenti “N’us gallery” startapının rəhbəri  Nigar Novruzzadə SAP proqramı üzrə sertifikatla təltif olunub. 

 

 

01-03-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]