AzMİU-da Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar intellektual yarış keçirilib - 24.02.2023

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş intellektual yarış keçirilib.

“I və II Qarabağ Müharibələri – İşğal və Zəfər Tarixi” mövzusunda keçirilən yarışda AzMİU THİK-in sədri Bayram Aslanov çıxış edərək Xocalı soyqırımının tarixindən, bu faciənin I Qarabağ müharibəsindəki rolundan danışıb və bildirib ki, bugünkü yarışın məqsədi Xocalı soyqırımının tarixi gerçəklərini bir daha gənc nəsilə çatdırmaqdır.

Daha sonra “I və II Qarabağ Müharibələri – İşğal və Zəfər Tarixi” mövzusunda fakültələrarası yarış başlayıb.

Yarışın nəticələrinə görə Mexanika və İnformasiya Texnologiyaları fakültəsi I, İnşaat fakültəsi II, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsi isə III yeri qazanıblar.

Sonda qalib komandalara sertifikatlar təqdim olunub. 

24-02-2023