ELMİ SEMİNAR: Tikinti təşkilatlarında səmərəli idarəetmə strukturunun formalaşması məsələsi müzakirə olunub


Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması” kafedrasında elmi seminar keçirilib. 

Seminarda AzMİU-nun elm və innovasiya məsələləri üzrə prorektoru, professor Nigar Aslanova, “İnşaat konstruksiyaları” kafedrasının müdiri, professor Muxlis Hacıyev , “Mexanika “ kafedrasının müəllimi, professor Ramiz İskəndərov və elmi-təqdiqat şöbəsinin nümayəndələri iştirak ediblər. 

“Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması” kafedrasının baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Fərahim Vəliyev seminarda “Tikinti təşkilatlarında səmərəli idarəetmə strukturunun formalaşması” mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi ölkəmizdəki azmərtəbəli tikinti sektorunda fəaliyyət göstərən “devoloper” investisiya – tikinti təşkilatlarının fəaliyyətlərinin spesifik xüsusiyyətləri və əsas problemləri haqqında danışıb. O, bildirib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan tikinti işləri də bu təşkilatların fəaliyyətinin səmərəliliyinin artmasında böyük rol oynayacaq. 

Məruzədə qeyd olunub ki, azmərtəbəli tikinti sektorunda səmərəli idarəetmə strukturunun formalaşdırılması vacibdir və bu tezis elmi cəhətdən əsaslandırılıb.   

Sonda Fərahim Vəliyev  seminar iştirakçılarının suallarını cavablandırıb, onun  təklif və nəticələri  iştirakçılar tərəfindən müsbət qiymətləndirilib. 

24-02-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]