AzMİU-da Xocalıdan bəhs edən “Xoca” filmi nümayiş edilib - 24.02.2023

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə “Xoca” filmi nümayiş olunub.

Tədbirdə AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev çıxış edərək Xocalı soyqırımının tarixi, miqyası və acı nəticələri haqqında tələbələrə geniş məlumat verib.

Daha sonra film nümayiş edilib.

Qeyd edək ki, Azərbaycan kino ekspressionizmi janrında olan filmin rejissoru və ssenari müəllifi ANS şirkətlər qrupunun prezidenti Vahid Mustafayev, baş prodüseri Mir Şahin, prodüser Eyyub Danişvərdir.

“Xoca” filminin baş rollarında İlqar Musayev, Nigar Bahadirqızı, Telman Əliyev, Nəcibə Hüseynova, Elmira Yaqubova və Mina çəkilib. Filmdə soyqırımın necə başlanması və bu hadisələrin pərdə arxası məqamları ön plana çəkilib.
 

24-02-2023