AzMİU alimləri Qarabağ ərazisindəki yeraltı hərbi kommunikasiyaların aşkar edilməsi məsələsini müzakirə ediblər - 21.02.2023


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Ekologiya kafedrasının elmi seminarı keçirilib. Seminarda kafedranın müəllimi professor Fuad Hacızadə “Qarabağ ərazisində mövcud yeraltı hərbi kommunikasiyaların geofiziki üsullarla və aerokosmik məlumatlar əsasında aşkar edilməsi” mövzusu ilə çıxış edib. 

F.Hacızadə çıxışında işin məqsədi, bu istiqamətdə elmi yeniliklər, Qarabağdakı əməliyyatın aktiv mərhələsi bitdikdən sonra, kompleks geofiziki və aerokosmik (o cümlədən, PUA-lardan istifadə) üsullardan istifadə edərək tunellərin aşkar edilməsi və xəritələşdirilməsi metodlarından danışıb. O, həmçinin Kosmosdan alınan təsvirlər əsasında yeraltı tunellər haqqında məlumatların əldə olunması haqqında da seminar iştirakçılarına məlumat verib. 

Seminar diskussiya formatında davam etdirilib və yaranan suallar məruzəçi tərəfindən cavablandırılıb. 
 

21-02-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]