Şahdağda bir gün – İmtahanlarda yüksək nəticə göstərən tələbələr

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Şahdağ İstirahət Kompleksinə tur təşkil edilib. Turda AzMİU-nun Payız semestrinin Qış imtahan sessiyasında ən yüksək nəticələr göstərmiş tələbələr iştirak ediblər.

1 günlük turda tələbələr istirahət kompleksində dincəlib, eləcə də Qusar rayonunun və Böyük Qafqaz silsiləsinin füsunkar gözəlliyi ilə tanış olublar. 
 

20-02-2023