AzMİU alimi Sumqayıtın ictimai məkanlarına landşaft amilinin təsirini araşdırıb - 20.02.2023

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Landşaft memarlığı” kafedrasında elmi seminar keçirilib. Seminarda kafedranın professor-müəllim heyəti və Elmi tədqiqat şöbəsinin əməkdaşları iştirak ediblər.

“Landşaft memarlığı” kafedrasının baş müəllimi Elmira Məmmədqulu qızı “Şəhərin ictimai məkanının formalaşmasında təbii landşaftın rolu” (Sumqayıt şəhərinin timsalında) adlı məruzə ilə çıxış edib.

Məruzəçi təqdim olunan işin aktuallığından danışıb və Sumqayıt şəhərinin timsalında ictimai məkanların formalaşmasında təzahür edən təbii landşaft amillərinə diqqət çəkib. O, qeyd edib ki, bu istiqamətdə kafedrada çoxtərəfli araşdırmalar aparılır və şəhər ictimai məkanının ekoloji landşaft prinsiplərinin müəyyən edilməsi, landşaft strukturunun təkmilləşdirilməsi üzrə tövsiyələr hazırlanır.

Seminarın sonunda iştirakçılar məruzə ətrafında fikir mübadiləsi aparıb və yaranan suallara aydınlıq gətiriblər. 


 

20-02-2023