AzMİU-nun təşkilatçılığı ilə “Seysmik dayanıqlı müasir qurğular” Beynəlxalq Konqresi keçiriləcək
26-28 aprel 2023-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə Bakıda “Seysmik dayanıqlı müasir qurğular” Beynəlxalq Konqresi (AERS 2023) keçiriləcək.
Konqres Türkiyə, Yaponiya, İtaliya, İngiltərə, Kanada, ABŞ, Portuqaliya, Danimarka və digər ölkələrdən olan alimlərin iştirakı ilə keçiriləcək.
Məqsəd zəlzələ mühəndisliyi sahəsinin tanınmış ixtisasçılarını, zəlzələ tədqiqat mərkəzlərinin və sektorun aparıcı şirkətlərinin rəhbərləri ilə bir araya gətirərək müvafiq fundamental və tətbiqi məsələləri müzakirə etmək üçün unikal forum təşkil etməkdir.
Konqresdə zəlzələ mühəndisliyinin müxtəlif sahələrində zəlzələyə davamlı strukturların təhlili və layihələndirilməsi sahəsində tədqiqatlar təqdim ediləcək.
Sizi və əməkdaşlarınızı konqresdə iştirak etməyə dəvət edirik.
Ətraflı məlumatı konqresin rəsmi saytından (https://aers2023.com) əldə edə bilərsiniz.
Təqdim olunan məruzələri 17 mart 2023-cü il tarixinədək [email protected] ünvanına göndərməyiniz xahiş olunur.