“Ekologiya” kafedrasının rəhbərliyi ilə şagirdlər “Sabahın alimləri” müsabiqəsində II yeri qazanıblar
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “Ekologiya” kafedrasının rəhbərliyi ilə 23 saylı məktəbin şagirdləri “Sabahın alimləri” müsabiqəsində II yeri qazanıblar.
Şagirdlər "Masazır və Zığ-Hövsan göllərinin ekoloji vəziyyəti və təmizlənməsi" mövzusunda layihə işləyiblər.
Layihədə 23 saylı məktəbin şagirdlərinə "Ekologiya" kafedrasının müdiri Fəqan Əliyev, laboratoriya müdiri Seynurə Həsənova, tələbələr – Cəmilə Əsgərova, Fatma Məmmədzadə və Zərif Şirəliyeva kömək ediblər.
16-02-2023