ELMİ SEMİNAR: Tikintidə “Noise” texnologiyaların intellektual onlayn nəzarət və monitorinq sistemlərində tətbiqi müzakirə olunub - 14.02.2023


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) “İnformasiya texnologiyaları və sistemləri”  kafedrasında "Noise texnologiyalar və onların tətbiqləri" mövzusunda elmi seminar keçirilib. 
Seminarda kafedranın professoru Nailə Musayeva mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, müasir tikinti materialları istehsalının texnoloji avadanlığının işinin pozulması müvafiq siqnallardan gələn faydalı siqnallara qoyulan əngəllərin yaranması ilə müşayiət olunur. O, qeyd edib ki, elmi araşdırmalar nəticəsində küylənmiş siqnalların, faydalı siqnalların və əngəllərin xarakterinin hesablanması texnologiyaları, alqoritmləri işlənib hazırlanıb və bu işin səmərəliliyini xeyli artırır.  
Məruzədən sonra Nailə Musayeva və kafedranın digər alimləri tərəfindən bu  texnologiyaların intellektual onlayn nəzarət və monitorinq sistemlərində tətbiqi imkanları ətraflı şəkildə müzakirə olunub mövzu ilə bağlı fikir mübadiləsi aparılıb. 

14-02-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]