Gənc müəllimlərimiz təlimlərdə iştirak hüququ qazanıblar


Azərbaycan Respublikasının Gənclər Fondunun 16-cı qrant müsabiqəsi qaliblərindən olan "Elmin kommersiyalaşdırılması - İdeyadan Biznesə (İ2B)" layihəsi həyata keçib və ölkə üzrə ümumilikdə 20 nəfər layihədə iştirak hüququ qazanıb. 

Layihədə iştirak hüququ qazananlardan 3-ü Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimləri Günel İmamquliyeva, Ramin Əkbərov və Gülbadə Abbasovadır.

Layihə çərçivəsində müəllimlərimiz təlim və mentorluq proqramlarında iştirak etməklə yanaşı, elmi tədqiqat işləri, o cümlədən, proses zamanı formalaşacaq ideyaların kommersiyalaşdırılması istiqamətində praktiki cəhdlər də edəcəklər. 

Qeyd edək ki, layihə "Gənclərin Elmi Araşdırmalarına Dəstək" İctimai Birliyi tərəfindən keçirilir.
 

13-02-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]