Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektorunun Türkiyədə baş vermiş zəlzələdə həlak olanlarla bağlı başsağlığı
Türkiyə cümhuriyyətinin Kahramanmaraş şəhərində baş vermiş və qardaş ölkənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kollektivini olduqca kədərləndirdi.
Ölkələrimiz arasındakı qardaşlıq əlaqələri, o cümlədən AzMİU ilə Türkiyə universitetləri arasındakı əlaqələr çərçivəsində təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün yardım göstərməyə hazır olduğumuzu bildiririk.
Faciə ilə əlaqədar həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və AzMİU kollektivi adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayırıq.
Allah rəhmət eləsin!