AzMİU-nun startapçı tələbələri Koreyanın beynəlxalq proqramında iştirak hüququ qazanıblar - 26.01.2023


Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İBİ mərkəzinin rezidentləri, startapçı Nigar Novruzzadə (N'us Gallery) və Rəvan Quluzadə (TapTik) Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) tərəfindən keçirilən "Capacity Building" proqramında iştirak hüququ qazanıblar. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İDDA) təşkilatçılığı ilə keçirilən proqramda iştirak etmək üçün AzMİU-nun müəllim və tələbə heyətindən 38 nəfər qeydiyyatdan keçib. Startapçı tələbələrlə yanaşı, qeydiyyatdan keçən müəllim heyətindən Könül Ağayeva, Nəsibə Əmirbəyova, Xanlar Qəniyev, Tükəzban Həsənova, Günel İmamquliyeva və Fidan Məmmədova da proqramında iştirak hüququ qazanıblar.   

Qeyd edək ki, Azərbaycan üzrə bu proqramda ümumilikdə 40 nəfər iştirak edəcək. 

26-01-2023
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]